“Instagram” dan yenilik : Şəkil paylaşmaq mümkün olmayacaq
09 avqust 2021 14:25 (UTC +04:00)

“Instagram” dan yenilik: Şəkil paylaşmaq mümkün olmayacaq

Foto paylaşma tətbiqi olaraq məşhur olan və son zamanlarda bir çox fərqli xüsusiyyətlər inkişaf etdirən “Instagram” da artıq şəkil paylaşmaq funksiyası olmayacaq.

Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, proqramda daha çox qısa video paylaşımına diqqət ayırılacaq.

“Instagram” rəhbəri Adam Mosseri şəxsi hesablarında paylaşdığı məlumata görə, bu proqramın uğurlu rəqibləri “Youtube” və “Tiktok”dan nümunə götürərək daha çox əyləncəli video paylaşım tətbiqinə çevrilməyi hədəfləyir.

Məlumata görə, instaqramın gələcək dəyişiklikləri arasında istifadəçilərə izləmədikləri mövzularda məzmun təklif etmək və videoları tam ekran halına gətirmək də olacaq. Bir müddətdir ki, IGTV, Reels və Story başlıqlarında tam ekran yayım edən şirkət bu konsepsiyanı daha çox mənimsəmək istəyir.

 

# 3726
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar