“Instagram” çökdü? - SON DƏQİQƏ
02 sentyabr 2021 16:06 (UTC +04:00)

“Instagram” çökdü? - SON DƏQİQƏ

Dünyada milyonlarla istifadəçisi olan sosial media platforması “Instagram” da problem yaranıb.

Lent.az xəbər verir ki, bu gün "Instagram"a girə bilməyən və onun yenilənmədiyini görən istifadəçilər digər sosial şəbəkələr üzərindən sorğu aparmağa başlayıblar.

“Instagram” çöküb? Niyə yenilənmir?

İstifadəçilər "lenti yeniləmək alınmadı" xətası ilə qarşılaşırlar. Mövzu ilə bağlı hələ bir açıqlama yoxdur.

Qeyd edək ki, bu problem təkcə ölkəmizdə yaranmayıb. "Instagram"ın çökməsi ilə bağlı xəbərlər Türkiyə mətbuatında da yer alıb.

Problemi aradan qaldırmaq üçün edə biləcəyiniz bəzi təklifləri veririk:

Smartfonunuzdakı “Tənzimləmələr” və “Tətbiqlər”ə daxil olun. "Instagram" və daha sonra “Saxlama”nı seçin. “Keşi təmizlə” və “Məlumatları sil” düymələrinə basın. Telefonu yenidən başladın və "Instagram"ınızı yeniləyin.  

# 6360
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar