“Twitter”in alış prosesi ilə tez-tez gündəmdə olan İlon Mask hər şeyi əhatə edəcək “X” tətbiqi ilə bağlı açıqlama verib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, İlon Mask hər şeyi əhatə edən “X” tətbiqinin təməlini qoymaq üçün “Twitter”i götürmək istədiyini deyib.
Bu gün “Telegram” və “WeChat” kimi proqramlar istifadəçilərə ödəniş sistemləri kimi rahatlıqlar təqdim edir. Xüsusilə Çin bazarında aktiv olan “WeChat” kredit kartı daşıma ehtiyacını aradan qaldırıb.
Maskın hər şey proqramı kimi təsvir etdiyi “X” istifadəçilərə bütün işlərini tək bir proqram vasitəsi ilə yerinə yetirməyə imkan verəcək.
Maskın bəhs etdiyi “X2 tətbiqinin necə dizayna sahib olacağı və hansı sahələri əhatə edəcəyi hələlik məlum deyil. Mask “Twitter”i satın aldığı zaman “X” tətbiqinin hazırlanma prosesinin 3-5 il ərzində sürətləndiriləcəyini vurğulayır.
Bu yaxınlarda qardaşı ilə söhbətləri sızan İlon Mask “Twitter”i blokçeyn əsaslı platformaya çevirmək istəyir. İstifadəçilərin xidmət üçün pul ödəməli olduğunu bildirən Mask hər tvit və ya retvit üçün 0,1 “dogecoin” alına biləcəyini bildirib.
Lətif İsmayılov