"Hyundai" avtomobillərində texnoloji YENİLİK
23 fevral 2021 09:04 (UTC +04:00)

"Hyundai" avtomobillərində texnoloji YENİLİK

Cənubi Koreyalı avtomobil nəhəngi Hyundai sənayenin gələcəyini təsir edəcək bir texnologiya inkişaf etdirdiyini açıqlayıb.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, “Hyundai”nin hissələri istehsal edən "Hyundai Mobis" adlı şirkəti, HLED adlı arxa işıqlandırma texnologiyasını elan edib. Stop işığı və arxa işıqların tək bir LED-də istifadə olunmasını təmin edən bu texnologiya, ABŞ və Avropa Birliyinin etibarlılıq texnologiyasını keçib.

Bu gün bazara çıxarılan avtomobillərin arxa və stop işığı iki fərqli lampadan ibarətdir. Bundan əlavə, təhlükəsizlik qanunlarına görə, stop lampası arxa lampadan daha parlaq yanır. Beləliklə, bir sürücü əyləc edərkən arxada gələn nəqliyyat vasitəsinin onu görə bilməsi təmin edilir. Burada Hyundai Mobis tərəfindən hazırlanan texnologiya iki fərqli lampaya ehtiyacını aradan qaldırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2202
avatar

Oxşar yazılar