Hindistan “Google”a rəqib hazırlayır
26 sentyabr 2023 06:42 (UTC +04:00)

Hindistan “Google”a rəqib hazırlayır

Hindistanda yerləşən maliyyə texnologiyaları şirkəti “PhonePe” “Google Play Store”a alternativ olacaq “Indus AppStore Developer Platformasını” istifadəyə verib.

Lent.az xarici KİV-lərə istinadla xəbər verir ki, “PhonePe”nin yeni platforması proqramdaxili satınalmalar üçün heç bir komissiya almayaraq və sıfır platforma haqqı ilə tərtibatçılara böyük faydalar təklif olunacağını vəd edir. “PhonePe”nin bu yeni təşəbbüsü Hindistan proqram tərtibatçılarına yerli dil dəstəyi və telefon nömrəsinə əsaslanan giriş sistemi kimi lokallaşdırılmış funksiyalar təklif etmək məqsədi daşıyır.

Bu strategiya “Google”un Hindistanda bazar üstünlüyünə meydan oxumaq cəhdi kimi qiymətləndirilir.

# 4146
avatar

Oxşar yazılar