Hava proqnozlarını göstərən yeni proqram HAZIRLANDI
03 mart 2023 12:01 (UTC +04:00)

Hava proqnozlarını göstərən yeni proqram HAZIRLANDI

Meteoroloji proqnozların təkmilləşdirilməsi, iqlim dəyişiklikləri şəraitində xüsusilə vacibdir. Müasir modellərin əksəriyyəti qarın müəyyən tərəflərini nəzərə almır. Məsələn, bir çoxu qar yağmasını bir təbəqə kimi əks etdirir, baxmayaraq ki, sulu qarın özü də fərdi xüsusiyyətləri olan yeni bir təbəqə yaradır.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Lozannanın Federal Politexnik Məktəbinin (EPFL) və Qar Tədqiqatları İnstitutunun alimləri əvvəllər nəzərə alınmayan bir sıra hava proqnazlarını əhatə edən bir proqram hazırlayıblar.

"SnowPack" adlı proqram 20 ildən çox müddətində aparılan tədqiqatlar üzərində ərsəyə gəlib. Proqramda qar prosesləri (qar örtüyündə günəş radiasiyasının əks olunması), sublimasiya (buz quru hava ilə təmasda olan ərazidə, qar buludlarının izolyasiya xüsusiyyətləri) yerin yaxınlığında qar yağan səthin səviyyəsi göstərilir. SnowPack, bir uçqun və ya cari və ya gələcək qar su ehtiyatlarının hesablanmasını proqnozlaşdırmaq üçün də istifadə olunacaq.

# 2139
avatar

Fidan İlqar

Oxşar yazılar