Valve şirkəti özünün Steam platformasında uzun zamandır ki, iki faktorlu autentifikasiya sistemindən istifadə edir.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, daha əvvəllər istifadəçilər tez-tez bir-birilərinin hesablarını oğurlayırdılar. İndi isə məlum olub ki, kimlikləri bilinməyən hackerlər bir sıra oyun tərtibatçısının Steam hesablarını hack edərək onların oyunlarına viruslar yükləyiblər. Valve bildirib ki, virusa yoluxmuş oyunlar yüzlərlə istifadəçinin Steam kitabxanasında mövcuddur.
Həmin oyunlara sahib istifadəçilər artıq elektron poçt vasitəsilə bu barədə məlumatlandırılıblar. Sözügedən kiberhücumun miqyası böyük olmayıb və Valve tez bir zamanda hadisəyə reaksiya verib. Buna baxmayaraq şirkət öz platformasına bəzi dəyişiklikləri əlavə edib. Belə ki, şirkət oyun tərtibatçılarının Steam-dəki autentifikasiya proseslərini dəyişib. Bundan sonra oyun tərtibatçısı Steam hesabına mobil telefon və SMS üzərindən login təsdiqi vasitəsilə daxil ola biləcək.