Google biometrik giriş kilidini tətbiq edir
15 fevral 2021 09:11 (UTC +04:00)

Google biometrik giriş kilidini tətbiq edir

Google iOS telefonlarda gizli pəncərələrin təhlükəsizliyini qorumaq üçün biometrik giriş kilidi tətbiq edəcək.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, Google iOS platformalı telefonlarda gizli pəcərələrin qorunması üçün "FaceİD" və "TouchİD" kilidini tətbiq edəcək. Hələ ki, beta versiyalarda test mərhələsində olan kilid yeniliyinin nə vaxt ümumi istifadə veriləcəyi məlum deyil. 

Google biometrik kilidi insanların təhlükəsizliyi və sirlərini qorumaq üçün tətbiq ediyini bildirib.  Belə ki, "FaceİD" və "TouchİD" kilidi ilə şəxsiyyəti təsdiq edilməyən şəxsin gizli pəncərələri açılmayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2751
avatar

Oxşar yazılar