Fiziki məhdudiyyətli insanlar rahat gəzəcək - MÜKƏMMƏL İXTİRA
25 mart 2021 19:50 (UTC +04:00)

Fiziki məhdudiyyətli insanlar rahat gəzəcək - MÜKƏMMƏL İXTİRA

Kanadalı mühəndislər qeyri-adi ekzoskelet yaradıblar. 

Lent.az “technote”a istinadən xəbər verir ki, yaradılmış ekzoskelet fiziki məhdudiyyətli insanlara gəzə bilmək qabiliyyətini qaytarmaq potensialına sahibdir. 

Bununla yanaşı, ekzoskelet bunu ətraf mühiti görmək və süni zəka texnologiyası imkanları vasitəsilə fərdi şəkildə etməyə qadirdir. 

Tədqiqatçıların sözlərinə görə, ekzoskelet yaradıcıları əsas diqqətlərini hərəkət prosesinin hamar olmasına yönəldirlər. Lakin idarəetmə sistemi ya smartfon, ya da xüsusi joystick vasitəsilə reallaşdırılır. Bu, istifadəçi üçün çətin olmağı ilə yanaşı, həm də rahat deyil. Yəni bu proseslər istifadəçinin diqqətini ayırır və gəzinti zamanı onun reaksiyasını aşağı səviyyəyə endirir.

Vaterlu Universitetinin mühəndisləri bunun çarəsini tapıblar. Münhəndislər “ExoNet” adlı layihə yaradıblar. Bu, “machine vision” texnologiyasının inteqrasiya olunduğu ekzoskeletdir. 

Ekzoskeletdə idarəetmə prosesi tamamilə ağıllı alqoritmə ötürülür. Mühəndislər bildiriblər ki, süni zəkanın uzunmüddətli təlimatlandırılması sayəsində o, sağlam insanın yerimə tərzini imitasiya edə bilir.

Ekzoskeletdə olan süni zəka sistemi ətraf mühiti analiz edir, real zaman ərzində olan dəyişikliklərə adaptasiya olur və hərəkətin tənzimlənməsini digər analoqlardan daha sürətli edir. Bu, bir növ avtonom rejimdə hərəkət edən avtomobilə bənzəyir. 

Bu halda ekzoskeletin hərəkət etməsi üçün insan düşüncəsi faktoruna ehtiyac qalmır. Ekzoskelet özü avtonom rejimdə hərəkət edir. 

Növbəti mərhələdə “ExoNet” pilləkənlər vasitəsilə qalxmağı, maneələrdən yan keçməyi öyrənəcək. Bundan əlavə, ətraf mühiti və istifadəçinin hərəkətini analiz edərək qərar qəbul etməyə imkan verən alqoritm də təkmilləşdiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3180
avatar

Oxşar yazılar