Dünyanın ən nazik və yüngül  smartfon-planşeti buraxıldı
14 oktyabr 2023 13:56 (UTC +04:00)

Dünyanın ən nazik və yüngül smartfon-planşeti buraxıldı

Dünyanın ən nazik və yüngül smartfon-planşeti təqdim olunub. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu Honor şirkətinə məxsus “Magic Vs2” smartonudur. 

Məlumata görə, cihazın çəkisi cəmi 229 qramdır. Ancaq buna baxmayaraq qabaqcıl avadanlıqlara malikdir.

Bildirilir ki, qatlanan smartfon performans rekordları qıra bilmir. Ancaq o, öz sinfində ən nazik və yüngül model hesab olunur. 

“Honor Magic Vs2” ən müasir 3D çap texnologiyasından istifadə edilməklə istehsal edilən ultra yüngül titan menteşə çəki və güc arasında mükəmməl tarazlığı təmin edir. Smartfon qatlananda qalınlığı isə cəmi 10,7 mm olur. 

Burada bir displey əvəzinə iki ayrı ekran istifadə olunur. Onlar bir-birinə menteşə ilə bağlıdır. Xarici displey 6,43 düym diaqonal və 2376×1060 piksel təsvir ölçüsünə malikdir. Daxili displey isə 7,92 düym diaqonal və 2344×2156 piksel təsvir ölçüsünə sahibdir. Hər iki panel OLED-dir, kadr tezliyi 120 Hz-dir.

Qatlanan smartfonlarda ilk dəfə olaraq PWM tənzimləmə tezliyi 3840 Hz-dir -gözlər bunu hiss etmir və yorulmur, TÜV Rheinland sertifikatı var.

Öz sektorunda “Honor Magic Vs2” nisbətən ucuz hesab olunur: 12 GB RAM və 256 GB fləş yaddaşa malik ilkin versiya 960 dollara satılır. 1055 dollara satılan 16 GB RAM və 512 GB fləş yaddaşa malik üst versiyası da mövcuddur. 

Qeyd edək ki, cihaz artıq Çində satışdadır. Bu smartfon hazırda Çin istifadəçilərinə görə ən yaxşı Android smartfonu hesab olunur. Belə ki, istifadəçilərdən təxminən 98,26% müsbət rəy alınıb. Bu da “Samsung” və “Xiaomi”nin hazırkı flaqmanlarını geridə qoyur.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10290
avatar

Sevinc Fərid

Oxşar yazılar