Dünyanın ən güclü planşetlərindən   biri təqdim olundu
05 iyun 2024 12:10 (UTC +04:00)

Dünyanın ən güclü planşetlərindən biri təqdim olundu

“iQOO” şirkəti öz kateqoriyasında ən güclü cihazlardan birinə çevrilə biləcək yeni “iQOO Pad 2 Pro” planşetini təqdim edib. 

Lent.az xəbər verir ki, bu planşet hətta Snapdragon 8 Gen 3-dən də üstün olan Dimensity 9300+ SoC ilə təchiz olunub.

Əsas xüsusiyyətlər

Prosessor: Dimensity 9300+
Ekran: 3096 x 2064 piksel təsvir ölçülü 13 düymlük IPS, yeniləmə tezliyi 144 Hz, parlaqlıq 900 cd/kv.m-ə qədər

Kameralar:

Ön: 8 MP
Əsas: 13 MP
Batareya: 11,500 mAh, 66 Vt simli şarj dəstəyi ilə
Simsiz texnologiyalar: Wi-Fi 7, Bluetooth 5.4, NFC
Portlar: USB 3.2 Gen 1 Type-C
Əməliyyat sistemi: OriginOS 4 interfeysli Android 14

Qiymətlər və mövcudluq:

iQOO Pad 2 Pro Çin bazarında aşağıdakı qiymətlərlə satışa çıxarılacaq:

8/256 GB: 480 dollar
12/256 GB: 520 dollar
16/512 GB: 575 dollar

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2673
avatar

Sevinc Fərid

Oxşar yazılar