Bu telefon proqramları zəlzələ vaxtı  həyat qurtarır
07 fevral 2023 12:42 (UTC +04:00)

Bu telefon proqramları zəlzələ vaxtı həyat qurtarır

Türkiyəni dərindən sarsıdan zəlzələdən sonra milyonlarla insan bir olub zərərçəkənlərə kömək etmək üçün çalışır.

Lent.az xəbər verir ki, bir çox qurum, xüsusilə də GSM şirkətləri hərəkətə keçib. Bölgədə borca ​​görə bağlanan bütün telefon xətləri bərpa olunub və yerli sakinlər mobil operatorlar tərəfindən internetlə təmin olub.

Vətəndaşlara əsasən rabitə üçün telefon xətlərini yükləməmək, internetdən istifadə etmək tövsiyə edilib. Bunlarla yanaşı, sosial şəbəkələr də insanları xilas etmək üçün effektiv vasitələrdən birinə çevrilib. İnsanlar dağıntıların altında harada olduqları barəsində “tweet”lər atır, yardım istəyir.

Sosial platformalardan başqa, təbii fəlakətlər zamanı insanların həyatını xilas edə biləcək proqramlar da var. Bu tətbiqlərin hər ehtimala qarşı telefonlara yüklənməsi faydalıdır.

Həmin proqramların bir neçəsini təqdim edirik:

Gotenna;

Whistle;

Offline chat;

Last quake.

# 9681
avatar

Sevinc Fərid

Oxşar yazılar