Məşhur “iPhone 12” modelinin qiyməti təxminən 2 dəfə ucuzlaşıb.
Lent.az xəbər verir ki, ucuzlaşma əsasən Rusiya bazarında olub. Hətta smartfonun qiyməti rekord həddə qədər düşüb.
2020-ci ilin sonundan bu yana 80 min rubl (təxminən 1961 manat) dəyərində satışa çıxarılan smartfon hazırda 40 min rubl (təxminən 980 manat) qiymətindədir.
Ucuzlaşmanın səbəbi başqa yeni modellərin satışa buraxılmasıdır.