Beş dəqiqəyə pizza hazırlayan  ROBOT
07 iyul 2021 13:55 (UTC +04:00)

Beş dəqiqəyə pizza hazırlayan ROBOT

Fransanın paytaxtı Parisdə yeni bir robot pizzaçı işə başlayıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bütün işləri robotun gördüyü restoran qısa müddətdə populyar olub.

Süni intellekti olan robotlar bu gün bir çox sektorda fəaliyyət göstərir və böyük diqqət çəkir. Fransanın paytaxtı Parisdə istifadəyə verilən pizzaçı robot “Pazzi” bunlardan biridir. Pizza xəmirini yaymaqdan, sousu tətbiq etmək, üzərinə ərzaqları yerləşdirmək və sobaya qoymağa qədər hər şeyi uğurla yerinə yetirən “Pazzi”, bişmiş pizzaları kəsir, qutulara qoyur və xidmətə hazır edir.

Üstəlik pizzaçı robot zamana da qənaət edər. O, sifariş qəbul edildikdən sonra 5 dəqiqə ərzində pizzanı hazır vəziyyətə gətirir.

Düzdür, restoranda sifariş qəbul etmək və müştərilərə xidmət göstərmək üçün insan heyəti var. Amma səlahiyyətli şəxslər bildirirlər ki, “Pazzi” hər şeyi yalnız edə bilər.

Robotu icad edən Sebastien Roverso, səkkiz illik araşdırma və inkişaf nəticəsində istehsal etdikləri texnologiya ilə dünyanın ilk pizzaçı robotunu inkişaf etdirdiklərini söyləyir.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3606
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar