Narkotikə görətutulan Sənan Zülfüqarov
16 mart 2021 12:36 (UTC +04:00)

Narkotikə görətutulan Sənan Zülfüqarov

Bakıda 16 kilodan çox güclü təsirə malik narkotik aşkarlandı -VİDEO

Bakıda narkotik alverçisi saxlanılıb.

DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əldə edilən əməliyyat məlumatı əsasında həyata keçirilən növbəti tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş Sənan Zülfüqarov saxlanılıb. Onun üzərinə baxış zamanı 6 qram narkotik vasitə marixuana aşkar olunub. Əməliyyat tədbirlərinin davamı olaraq Sənan Zülfüqarovun idarə etdiyi avtomobildən əlavə 15 kiloqram heroin, 1 kiloqram 164 qram marixuana və 30 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb. Saxlanılan şəxs izahatında külli miqdarda narkotik vasitəni xarici ölkələrdən birinin vətəndaşından satmaq məqsədi ilə əldə etdiyini bildirib.

Beləliklə Baş İdarə əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində qanunsuz yollarla ölkə ərazisinə gətirilən yüksək təsiredici xassəyə malik ümumi çəkisi 16 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddənin yayılmasının qarşısı alınıb.

Qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Sənan Zülfüqarov barəsində Nərimanov rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib, zəruri istintaq tədbirləri davam etdirilir.

Bakıda külli miqdarda narkotik ələ keçirildi

# 3495
avatar

Mehman Nəbiyev

Oxşar yazılar