Axşam saatlarında sosial şəbəkələrdə olmaq yuxu rejimini pozur.
Lent.az “Sleep Medicine” jurnalına istinadən xəbər verir ki, adi yatmazdan bir saat əvvəl mesaj göndərmək yuxu vaxtını 3 saata qədər gecikdirir.
Araşdırmalara görə, cihazlar tərəfindən yayılan mavi işıq sirkadiyalı ritmləri tənzimləyən hormon olan melatoninin istehsalına mane olduğu üçün yuxu problemi yarada bilər.
Mesajla yanaşı, axşamlar bir neçə post da yazmaq yuxu rejimini pozan əlamətlərdəndir.
Həmçinin, tədqiqatçılar bildirir ki, istifadəçilərin kimdənsə mesaj gözləməsi dopamin səviyyəsini artırır. Bu da beynin istirahətinə və yuxuya getməyi çətinləşdirir. Buna görə də yatmazdan 2 saat əvvələ qədər sosial şəbəkələrə daxil olmamaq məsləhət görülür.