ABŞ Çinin hava şarını vurmadı  
04 fevral 2023 01:31 (UTC +04:00)

ABŞ Çinin hava şarını vurmadı  

0

ABŞ Müdafiə Nazirliyi Amerika ərazisi üzərində aşkar edilən Çin müşahidə şarını təhlükəli hesab etmir, onun sonrakı hərəkətini izləyir və hadisələrin gedişatına reaksiya vermək üçün müxtəlif variantları nəzərdən keçirir.

Lent.az-ın məlumatına görə, bu barədə cümə günü Pentaqonun sözçüsü general Patrik Rayder bildirib.
“Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı onu (hava balonu – red.) yaxından izləməyə davam edir”, - Müdafiə Departamentinin nümayəndəsi bildirib.

General bildirib ki, şar hazırda ABŞ-ın mərkəzi üzərindədir və Şərqə doğru irəliləməkdə davam edir.

“Hazırda hava şarının yerdəki insanlar üçün heç bir hərbi və fiziki təhlükə yaratmadığını təxmin edirik”, - general bildirib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4331

Oxşar yazılar