2021-ci ilin ən populyar maşınları  SEÇİLDİ
31 avqust 2021 19:41 (UTC +04:00)

2021-ci ilin ən populyar maşınları SEÇİLDİ

Keçmiş və indiki illər avtomobil sənayesi üçün çətin dövr olub.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu dövrdə COVID-19 pandemiyası, istehsalın dayandırılması və təchizat problemləri səbəbindən avtomobil satışları əhəmiyyətli dərəcədə azalıb.

Bununla birlikdə, bəzi kateqoriyalı sürücülər arasında premium avtomobillərə tələbat var.

Mütəxəssislər 2021-ci il satış statistikasını təhlil edərək Avropada bu kateqoriyadan ən populyar markanı seçiblər.

Çox vaxt alıcılar Almaniya avtomobil nəhəngi BMW-nin premium avtomobillərini alıblar.

İkinci sırada Almaniyanın daha bir tanınmış brendi “Mercedes Benz” olub. 

Liderlər siyahısına Yaponiyanın avtobil nəhəngi “Toyoto”ya aid olan “Lexus” da düşüb. 

Mütəxəssislər ən populyar premium avtomobillərin reytinqini də tərtib ediblər.

Siyahının ilk sıralarına “Lexus RX”, “Mercedes Benz GLE” və “Mercefes- Benz E-Class” düşüblər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4617
avatar

Oxşar yazılar