19 yaşlı mütəxəssisdən dünyanı heyrətləndirən KƏŞF
15 yanvar 2022 21:25 (UTC +04:00)

19 yaşlı mütəxəssisdən dünyanı heyrətləndirən KƏŞF

İnformasiya təhlükəsizliyi üzrə 19 yaşlı mütəxəssis David Colombo 13 ölkədən “Tesla”nın ümumilikdə 25 elektromobilini uzaqdan idarə edə bilib.

Lent.az-ın məlumatına görə, bu barədə o, öz “Twitter” hesabında paylaşıb. Colombo bildirib ki, “Tesla” elektromobilləri üzərində uzaqdan idarəni əldə etmək üçün o, avtomobillərin infrastrukturundakı hansısa boşluqdan istifadə etməyib.

Bunun yerinə o, sadəcə olaraq “Tesla” elektromobillərinin sahiblərinin istifadə etdikləri xüsusi tətbiqdən yararlanıb. Onun sözlərinə əsasən, sözügedən tətbiqin bir sıra mənfi tərəfləri var. Bunun nəticəsində Colombo 13 ölkədən “Tesla”nın ümumilikdə 25 elektromobili üzərində idarəni əldə edib.

Elektromobillər üzərində uzaqdan idarənin əldə edilməsinə baxmayaraq, Colombo onları hərəkət etdirə bilmir. Lakin bununla belə o, elektromobillərin qapılarını aça, şüşələrini aşağı endirə, yerləşdikləri yerlər barəsində məlumatları əldə edə və s. əməliyyatları reallaşdıra bilər.

Məlumata əsasən, Colombo mövcud olan problemləri “Tesla”nın dəstək xidmətinə çatdırıb. Hazırda şirkət sözügedən məsələnin qiymətləndirilməsi üzərində çalışır. Bu cür üsul ilə elektromobilləri uzaqdan hərəkət etdirmək mümkün olmasa da, dələduzlar onun vasitəsilə elektromobillərin oğurluğunu reallaşdıra bilərlər./technote.az

# 4359
avatar

Oxşar yazılar