Amerikanın texnologiya şirkəti "Apple"ın birinci nəsil smartfonu iPhone, onlayn hərracda 63 min dollara (təxminən 180 min manata) satılıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, LCG Auksion saytının satışa çıxardığı birinci nəsil iPhone real qiymətindən 100 dəfə çox alıcı tapıb.
Təxminən bir ay əvvəl 2 min 500 dollar (təxminən 4 min 250 manat) təklifi ilə açılmamış "iPhone"u almaq üçün başlayan hərraca ümumilikdə 27 nəfər qatılıb.
"LCG Auction"ın qurucusu Mark Montero bildirib ki, 10 alıcının son ana qədər yarışdığı hərracda ABŞ-dan bir şəxs birinci nəsil "iPhone"u 63 min dollara alıb.
İlkin qiyməti 599 dollar (təxminən 1018 manat) olan birinci nəsil iPhone 2007-ci ildə 3,5 düym (8,89 sm) ekran, 2 meqapiksel kamera, 4 və ya 8 GB yaddaş və internet xüsusiyyətləri ilə satışa çıxarılıb.
Eyni auksion saytında keçən il satılan başqa bir birinci nəsil iPhone 39 min dollara (təxminən 66 min 500 manata) satılıb.