Tanınmış ekstrasens Zirəddin Rzayev Lent.az-a eksklüziv müsahibə verib.
Hazırda dünyada baş verən son hadisələrlə bağlı proqnozlarını saytımızla bölüşən Z.Rzayev İranla bağlı “gördüklərini” dilə gətirib.
“İranda dəyişiklik baş verəcək. Hakimiyyət dəyişikliyi və ya ən yaxşı halda qanunlarda hansısa dəyişikliklərin olacağını görürəm”, - deyə o qeyd edib.
Ekstrasens vurğulayıb ki, o İranda iğtişaşlar başlamazdan 2 ay öncə bu barədə danışıb.
Zirəddin Rzayevlə geniş müsahibəni bu gün Lent.az-da oxuya biləcəksiniz.