Gədəbəy rayonunun Dəyəqarabulaq kənd tam orta məktəbinin Azərbaycan dili müəllimi Kənan Müzəffərli Zəngilan rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub.
Bu barədə Lent.az-a Təhsil Nazirliyindən məlumat verilib.
Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi şəhidimizə Allahdan rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı verir.