Zəlzələ baş verərkən nə etməliyik? – HƏKİM DANIŞDI
10 fevral 2023 17:16 (UTC +04:00)

Zəlzələ baş verərkən nə etməliyik? – HƏKİM DANIŞDI

Türkiyədə və Suriyada baş verən zəlzələlər bütün dünyanın diqqət mərkəzinə çevrilib.

Hər iki ölkədən və dünyanın dörd bir yanından xilasetmə qrupları həyat ehtimalı gördükləri yerlərdə, beton qalıqlarının altında sağ qalanları xilas etmək üçün durmadan işləyirlər.

Maraqlıdır, görəsən, insanlar zəlzələyə qarşı evdə hansı profilaktiki tədbirlər görməlidir?

Zəlzələ baş verərkən dağıntılar altında qalan insana necə yardım edə bilərik?

Məsələ ilə bağlı tibb elmləri doktoru, həkim professor Adil Qeybulla Lent.az-a açıqlamasında bildirib ki, seysmik qurşaq üzərində yerləşən ölkələrdə mütəmadi olaraq zəlzələ baş verir. 

Onun sözlərinə görə, dağıdıcı zəlzələlərin olması ilə bağlı əvvəlcədən proqnozlar verilir:

“Bununla da bağlı insanlar müəyyən tədbirlər görür. Hər evdə zəlzələ çantası hazırlanmalıdır. Bu çantanın içərisinə quru meyvələr, konservlər, ağrıkəsicilər əlavə etmək olar. Bu çantanı gecə yatarkən yanımıza qoymalıyıq. Zəlzələ baş verərkən nə edilməsi ilə bağlı təlimatlar var. Belə ki, zəlzələ baş verərkən divarın künc hissəsində və qapının yanında dayanmalıyıq. Təlimatlara doğru şəkildə əməl etmək və panikaya düşməmək lazımdır. Zəlzələ zamanı dağıntıların altında qalan şəxslər mümkün qədər qalın geyinməlidir. Ona görə də zəlzələ baş verən qalın paltarın və ya yorğanın yaxınlıqda olması vacibdir. Çünki əgər dağıntılar altında qalsaq yorğan bizim soyuqdan üşüməməyimizə kömək edəcək. Dağıntılar altında qalan şəxsə alkoqol vermək olmaz. Çünki alkoqollu içkilər damarları genişləndirir və bədənin temperaturunu artırır. Dağıntılar altından çıxan şəxsin əl və ayaqlarının isinməsinə xüsusilə diqqət etmək lazımdır. Əlbəttə ki, zəlzələ böyük bir faciədir və bu faciənin tamamilə qarşısının alınması ilə bağlı hələ metodlar yoxdur”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4479
avatar

Arzu Qurbanlı

Oxşar yazılar