Zədələnmiş sümük dəqiqələr sonra bərpa olunacaq - TİBBDƏ İNQİLAB
13 fevral 2021 09:13 (UTC +04:00)

Zədələnmiş sümük dəqiqələr sonra bərpa olunacaq - TİBBDƏ İNQİLAB

Əgər hansısa xəstəlik və ya zədələnmə nəticəsində insan sümüyünün bir hissəsini itirirsə, o, həmin insanın digər sümüyündən götürülmüş sümük toxuması ilə əvəz edilir. Canlı hüceyrələrə sahib yaradılmş yeni geli isə gələcəkdə sümüyün zədələnmiş yerinə yeritmək mümkün olacaq və bunun sayəsində həmin gel bərkiyərək funksional sümük yaradacaq.

Lent.az "technote"a istinadən xəbər verir ki, avstraliyalı alimlər tərəfindən təklif edilmiş bu yeni üsul sürətli təsiri və təhlükəsizliyi ilə seçilir. 

Tədqiqatçılar zədələnmiş sümüklərin bərpası üçün müxtəlif təcrübi materiallar hazırlayırlar. Həmin materiallar strukturlu karkas rolunu oynayırlar və müəyyən müddət sonra sümük toxumasının hüceyrələrini bərpa edirlər. Daha tez təsirə sahib yeni üsulu tapmaq niyyətində olan avstraliyalı alimlər kalsium fosfatları əsasında yeni növ gel yaradıblar. Yaradılmış gelin tərkibində isə pasientdən götürülmüş canlı hüceyrələr mövcuddur. Hüceyrə suspenziyasında çox istiqamətli keramik bioçap üsulu vasitəsilə bu gel sümüyün birbaşa zədələnmiş hissəsinə yeridilir.

Bir neçə dəqiqədən sonra isə orqanizmdə olan mayelərin təsiri nəticəsində gel bərkiyərək sümüyə bənzər materiala çevrilir. Daha sonra bərkimiş materialın hüceyrələri bir-birilərini istehsal edərək sonda materialı canlı sümük toxumaları ilə təmin edirlər. Alternativ materiallardan fərqli olaraq avstraliyalı alimlər tərəfindən təklif olunan bu üsul daha tez təsir göstərir və təhlükəsizdir.

Bu texnologiya müasir praktikanı tamamilə dəyişmək, pasientlərin işlərini yüngülləşdirmək və nəticədə həyatları xilas etmək potensialına sahibdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3660
avatar

Oxşar yazılar