“Martın 3-dən 9-dək Azərbaycanda bağçalar, məktəblər və universitetlər virusla əlaqədar fəaliyyətini dayandırır”.
Lent.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov sosial şəbəkə hesabında paylaşıb. Ekspert iddia edir ki, martın 3-dən etibarən koronavirus epidemiyasına görə məktəblər bağlanacaq.
Paylaşdığı posta gələn çoxsaylı şərhlərdə hər kəs bu xəbəri zarafat kimi qəbul edib.
Kamran Əsədovla telefon əlaqəsi saxladıq. Təhsil eksperti “Zarafat etmirəm, bir azdan ciddiliyini görəcəklər, dərslər bağlanır”, - dedi.
Təhsil Nazirliyindən məsələ ilə bağlı məlumat veriləcəyi bildirilib.