Azərbaycanda gölü buz bağlayıb.
Bu barədə Lent.az-a dağçı Elvin Məmmədov (Rutidu Elvin) məlumat verib.
Bir müddət əvvəl Azərbaycan-Dağıstan sərhədinin Zaqatala rayonu ərazisinə düşən hissəsində yerləşən Xalaxı gölünə (Xalaxel) səfər edən E.Məmmədov əraziyə qar yağmasının, gölün isə buz bağlamasının şahidi olub.
Dağçı qarşılaşdığı mənzərənin fotosunu da Lent.az-a təqdim edib.
Qeyd edək ki, Xalaxı gölü Böyük Qafqaz sıra dağlarının cənub ətəyində Böyük və Kiçik Samalit zirvələri arasında dəniz səviyyəsindən 3060 metr yüksəklikdə yerləşir.