Yollar buz bağlayacaq-PROQNOZ
21 fevral 2021 13:00 (UTC +04:00)

Yollar buz bağlayacaq-PROQNOZ

Sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, fevralın 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu  Abşeron yarımadasında gecə 0-3 dərəcə isti, gündüz 7-9 dərəcə isti, Bakıda gecə 1-3 dərəcə isti, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 768 mm civə sütununa enəcək, nisbi rütubət  gecə 70-80 faiz, gündüz 50-55 faiz  olacaq. 

Fevralın 22-də Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə 0-4 dərəcə şaxta, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 15-17 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq. Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2748

Oxşar yazılar

Kişilər hansı halda boşana bilməzlər? - CAVAB

Kişilər hansı halda boşana bilməzlər? - CAVAB

3 iyun 2025 , 16:11
Leysan, dolu və qar   - FAKTİKİ HAVA

Leysan, dolu və qar - FAKTİKİ HAVA

3 iyun 2025 , 16:08
Bakı-Sumqayıt qatarı  bayramda necə işləyəcək?

Bakı-Sumqayıt qatarı bayramda necə işləyəcək?

3 iyun 2025 , 15:40
Güclü külək Bakıda ağacları aşırdı - FOTOLENT

Güclü külək Bakıda ağacları aşırdı - FOTOLENT

3 iyun 2025 , 15:32
Azərbaycanda yeni virus yayıldı - NECƏ QORUNAQ?

Azərbaycanda yeni virus yayıldı - NECƏ QORUNAQ?

3 iyun 2025 , 14:12
Sabah bu ərazilərə qar yağacaq   - Hava PROQNOZU

Sabah bu ərazilərə qar yağacaq - Hava PROQNOZU

3 iyun 2025 , 12:23
UniDestin Təhsil Mərkəzi  kurslara başladı

UniDestin Təhsil Mərkəzi kurslara başladı

3 iyun 2025 , 11:53
Yağışlı, küləkli hava nə vaxtadək  davam edəcək? - RƏSMİ

Yağışlı, küləkli hava nə vaxtadək davam edəcək? - RƏSMİ

3 iyun 2025 , 10:12