“Əyləncə mərkəzlərinin açılması insanların bu haldan sui-istifadə edəcəyindən və bu da yoluxma sayının artacağına səbəb ola biləcəyindən hələ ki onların açılması ilə bağlı bir fikir yoxdur”.
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev bildirib.
V. Əliyev deyib ki, günlük yoluxma sayından asılı olaraq bəzi qərarlar yenidən gündəmə gələ bilər: "Əyləncə mərkəzlərinin açılması insanların zəruri olmadığı halda çölə çıxacağını göstərir. Bu isə yoluxma hallarının kontraldan çıxmasına səbəb ola bilər. Hələ ki, əyləncə mərkəzlərinin açılması ilə bağlı mövcud durum buna imkan vermir".