Yerdə əhalinin sayı  həddindən artıqdır: Həyəcan TƏBİLİ
06 aprel 2026 16:12 (UTC +04:00)

Yerdə əhalinin sayı həddindən artıqdır: Həyəcan TƏBİLİ

0

Alimlərin fikrincə, hazırda Yer kürəsində yaşayan insanların sayı planetin dayanıqlı imkanlarını artıq xeyli üstələyib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, onların hesablamalarına görə, Yer yalnız təxminən 2,5 milyard insanı uzunmüddətli və stabil şəkildə resurslarla təmin edə bilər.

Araşdırma nəyi göstərir?

Flinders Universitetinin alimlərinin rəhbərliyi ilə aparılan araşdırmada eramızın 1000-ci ilindən bu günə qədər əhali artımı və resurs istehlakı analiz edilib. Keçmiş əsrlərdə insanlıq təbiətlə balansı qoruyurdu, əhali artdıqca texnologiyalar inkişaf edir və artan tələbatı kompensasiya edirdi.

Lakin İkinci Dünya Müharibəsindən sonra bu balans pozulmağa başlayıb. Xüsusilə 1950-1960-cı illərdə dünya mənfi demoqrafik faza adlanan mərhələyə daxil olub. Bu mərhələdə əhali artımı artıq əvvəlki kimi iqtisadi inkişafla paralel getmir.

Əhali sürətlə artır

Hazırda Yer kürəsində təxminən 8,3 milyard insan yaşayır. Proqnozlara görə, bu rəqəm XXI əsrin sonuna qədər 11,7-12,4 milyarda çata bilər. Daha sonra isə əhali sayında azalma gözlənilir. Bu, XIV əsrdə baş verən vəba pandemiyasından sonra ilk belə hal ola bilər.

Fosil yanacaqlar problemi gizlədir

Alimlər bildirir ki, problemin real miqyası uzun müddət fosil yanacaqların, neft və qazın geniş istifadəsi hesabına gizlədilib. Bu resurslar sayəsində qida və enerji istehsalı sürətlə artırılıb və resurs çatışmazlığı gecikdirilib. Lakin bu mənbələr məhduddur və tez bərpa olunmur.

Optimal əhali nə qədər olmalıdır?

Araşdırmanın aparıcı müəllifi, qlobal ekologiya professoru Kori Bredşounun sözlərinə görə, ekoloji davamlılıq və layiqli həyat səviyyəsi baxımından Yer üçün optimal əhali sayı təxminən 2,5 milyard nəfər olardı.

Gələcək üçün xəbərdarlıq

Alimlər xəbərdarlıq edir ki, enerji, torpaq və su resurslarının istifadəsinə yanaşma dəyişməzsə, bu, daha ciddi ekoloji və sosial böhranlara gətirib çıxara bilər.

Bununla yanaşı, tədqiqat müəllifləri vurğulayır ki, məqsəd əhalinin kəskin azaldılması deyil. Əsas məqsəd istehlak modellərinin yenidən düşünülməsi və daha davamlı həyat tərzinə keçiddir.

Qeyd olunur ki, bu məsələdə bütün alimlər eyni fikirdə deyil. Bəzi tədqiqatçılar hesab edir ki, Yer kürəsinin daşıma qabiliyyəti 2,5 milyarddan daha yüksəkdir, digərləri isə əhalinin yaxın gələcəkdə təxminən 10 milyarda çatacağını bildirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 336

Oxşar yazılar