Yer kürəsini  fəlakətli gələcək   gözləyir! -  XƏBƏRDARLIQ
16 yanvar 2024 19:24 (UTC +04:00)

Yer kürəsini fəlakətli gələcək gözləyir! - XƏBƏRDARLIQ

2023-cü il rəsmi olaraq tarixə ən isti il ​​kimi daxil olub. Yerin orta temperaturu demək olar ki, kritik həddi 1,5°C-yə çatıb. Kopernik İqlim Dəyişikliyi Xidmətinə (C3S) görə, ötən ilin hər günü sənayedən əvvəlki dövrlərdən daha isti hava qeydə alınıb.

Ekspertlər xəbərdarlıq edirlər ki, iqlim böhranı ilə mübarizə üçün təcili tədbirlər görülməsə, bəşəriyyət və planet fəlakətli gələcəklə üzləşəcək.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, BMT-nin baş katibi Antonio Quterreş 2023-cü il planetimizi və bəşəriyyəti gözləyən “fəlakətli gələcək” üçün bir növ ilkin sınaq mərhələsinə çevrildiyini vurğulayıb.

Orta temperaturun 1,48°C yüksəlməsi kritik həddə yaxındır, bundan sonra iqlimin nəticələri geri dönməz ola və öz-özünə arta bilər. Alimlər xəbərdarlıq edirlər ki, 2024-cü il də 1,5°C həddini keçmək ehtimalı var. Buna baxmayaraq, bəzi tədqiqatçılar iddia edirlər ki, bu həddi keçdikdən sonra da qlobal istiləşməni azaltmaqla Paris sazişinin məqsədlərinə çatmaq şansımız var.

2023-cü ildə planetə təsir edən həddindən artıq isti dalğaları, quraqlıq və meşə yanğınları xalis sıfır emissiyaya dərhal keçidin və qalıq yanacaqlardan uzaqlaşmanın vacibliyini vurğulayır. Alimlər kəskin tədbirlər görülməyincə bu hadisələrin daha da pisləşəcəyini proqnozlaşdırırlar.

Həmçinin qeyd edilir ki, okeanlar həddindən artıq qızır, dağıdıcı tufanlara səbəb olur və dəniz həyatı üçün təhlükə yaradır. Antarktidada əriyən buz rəfləri və rekord dərəcədə aşağı dəniz buz səviyyəsi də həyəcan vericidir.

Atmosferdəki karbon qazı və metan səviyyəsi rekord həddə çatıb və 2024-cü ildə alimlər iqlim dəyişikliyinin təsirlərinin nəsillər boyu Yerdəki həyata təsirini davam etdirəcəyini gözləyirlər. Planetin və bəşəriyyətin taleyi qlobal əməkdaşlıqdan və cəmiyyətin bütün səviyyələrində fəaliyyətdən asılıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6534
avatar

Fidan İlqar

Oxşar yazılar