Yeni metronun tikintisi nə yerdədir? - RƏSMİ CAVAB
21 sentyabr 2021 16:01 (UTC +04:00)

Yeni metronun tikintisi nə yerdədir? - RƏSMİ CAVAB

Bakı metropoliteninin Bənövşəyi xətti üzrə Cəlil Məmmədquluzadə küçəsində Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arxasındakı ərazidə yerləşəcək şərti adı “B-04” olan stansiyanın inşasına başlanılıb.

"Bakı metropoliteni" Qapalı Səhmdar Cəmiyyətindən Lent.az-a verilən məlumata görə, bənövşəyi xəttin “Memar Əcəmi” və “8 Noyabr” stansiyalarında olduğu kimi, burada da tikinti “Qruntda divar” üsulu ilə aparılıb. Bu üsul ekoloji cəhətdən daha təmiz olması ilə yanaşı, məhdud məkanda inşaatın effektiv aparılmasına, habelə qənaətə nail olmağa imkan verir.

Bu üsulun tələblərinə uyğun olaraq, tikinti işlərinə qədər “Divarda qrunt”un monolit dəmir-beton panelləri quraşdırılıb. Ötən dövrdə 1010 və 1021 metr uzunluğunda olan iki tunelin inşası da başa çatdırılıb.

Stansiya kompleksinin ümumi uzunluğu 170 metrdir və üç inşaat zonasından ibarətdir. İnşaatın birinci mərhələsi kimi ərazidə torpaq örtüyü hamarlanıb. Birinci zonada tikinti-quraşdırma işlərinə başlanılıb və örtüyün armatur karkas elementləri yığılır. Bir hissəsi artıq betonlanıb.

Stansiyanın dərinliyi yerləşdiyi ərazinin relyefindən asılı olaraq 29-32 metrdir. Bu kompleks 4 səviyyədən ibarət olacaq. Yuxarı səviyyədə kassa zalı və vestibül yerləşəcək. İkincisi keçid və yaxud texniki səviyyədir. Üçüncü səviyyə platformaya keçid xarakterli mezonin səviyyəsi olacaq. Platforma səviyyəsində qatarların hərəkət edəcəyi stansiya yolu və gözləmə zalı yerləşəcək. Platforma Bənövşəyi xəttin digər stansiyaları kimi 7 vaqonlu qatarlar üçün nəzərdə tutulub.

Uzunluğu 144 metr olan platformanın altı texniki qurğular üçün nəzərdə tutulub.

Stansiyanın 4 giriş-çıxışı yerüstü sahədə avtomobil yolunun hər iki tərəfinə rahat və təhlükəsiz keçidi təmin edəcək. Burada da səviyyədən səviyyəyə keçid məqsədilə eskalatorlar quraşdırlacaq və pilləkənlər inşa olunacaq. Xəttin digər stansiyaları kimi burada da əlil arabalarının stansiyaya düşürülməsi üçün liftlər quraşdırılacaq.

Hazırda Bənövşəyi xəttin Xocəsən qəsəbəsində inşa olunan elektrik deposunda metropolitenin sayca 27-ci stansiyası yerləşəcək. “B-04” stansiyası isə metropolitenin 28-ci stansiyası olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2249

Oxşar yazılar

 Bazar ertəsi   BÜRCÜN bu əlamətlərinə möhtəşəm uğur  gətirəcək

Bazar ertəsi BÜRCÜN bu əlamətlərinə möhtəşəm uğur gətirəcək

14 iyul 2025 , 00:02
Cekpot  qazanmaq üçün   3 BÜRCƏ məsləhət

Cekpot qazanmaq üçün 3 BÜRCƏ məsləhət

13 iyul 2025 , 20:15
Qumar oynamağın cəzası nədir? - CAVAB

Qumar oynamağın cəzası nədir? - CAVAB

13 iyul 2025 , 19:47
Çimərliyə hansı qidaları aparmaq olmaz

Çimərliyə hansı qidaları aparmaq olmaz

13 iyul 2025 , 19:19
Bu gün ən çox harada isti oldu? - RƏSMİ AÇIQLAMA

Bu gün ən çox harada isti oldu? - RƏSMİ AÇIQLAMA

13 iyul 2025 , 18:52
Bu dörd tarixdə doğulan  insanlar əyilməz gücə  malikdirlər

Bu dörd tarixdə doğulan insanlar əyilməz gücə malikdirlər

13 iyul 2025 , 18:23
Qızmar diskomfort hava olacaq - XƏBƏRDARLIQ

Qızmar diskomfort hava olacaq - XƏBƏRDARLIQ

13 iyul 2025 , 15:35
İmtahanın düzgün cavabları -  VİDEO

İmtahanın düzgün cavabları - VİDEO

13 iyul 2025 , 14:34