Yeni İl gecəsi Bakıya sonuncu dəfə qar NƏ VAXT YAĞIB?
29 dekabr 2022 16:25 (UTC +04:00)

Yeni İl gecəsi Bakıya sonuncu dəfə qar NƏ VAXT YAĞIB?

Yeni İl gecəsi Bakıya sonuncu dəfə qar 2015-ci ildə yağıb. 

Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev Lent.az-a bildirib ki, Bakıda və Abşeron yarımadasında temperatur iqlim norması ilə müqayisədə iki gün norma daxilində, doqquz  gün normadan aşağı (4.7 dərəcəyədək), on yeddi gün isə normadan yüksək (4.4 dərəcəyədək) olub.

A.Verdiyev onu da bildirib ki, son illərin müşahidə məlumatlarına əsasən Bakıda və Abşeron yarımadasında dekabr ayında havanın maksimal temperaturu 2021-ci ildə 26 dərəcə isti,  minimal temperatur isə 2016-cı ildə 4.2 dərəcə şaxta, qar örtüyünün maksimal hündürlüyü 7-10 sm təşkil edib. 

“Son illər ərzində Bakıda və Abşeron yarımadasında qar 2015-ci ildə dekabrın 31-də, 2016-ci ildə  isə yanvarın 1-2-də yağıb”.

Xidmət rəsmisinin sözlərinə görə, ayrı-ayrı günlərdə dağlıq ərazilərdə qar yağıb, qar örtüyünün maksimal hündürlüyü dekabrın 4-də İsmayıllıda 18 sm olub, havanın minimal temperaturu dekabrın 5-də Şahdağda 17 dərəcəyədək şaxta qeydə alınıb. Son illərdə qar örtüyünün maksimal hündürlüyü 2016-cı ilin dekabr ayında Böyük Qafqazın yüksək dağlıq ərazilərində 60 sm-ə çatıb.

“Dekabr ayında Bakıda və Abşeron yarımadasında mülayim cənub küləkləri üstünlük təşkil edib. Lakin ayrı-ayrı vaxtlarda arabir güclənən şimal-qərb küləkləri müşahidə edilib. Şimal-qərb küləyinin maksimal sürəti dekabrın 20-də 32 m/s-dək güclənib, dalğanın hündürlüyü 4.7 m təşkil edib. Ümumilikdə sürəti 15 m/s-dən çox olan küləkli günlərin sayı isə 5 gün olub”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7083
avatar

Fidan İlqar

Oxşar yazılar