Yeni doğulan uşaqla bağlı  YENİ QAYDA:  pozanlar bu qədər cərimələnəcək
07 aprel 2021 13:47 (UTC +04:00)

Yeni doğulan uşaqla bağlı YENİ QAYDA: pozanlar bu qədər cərimələnəcək

Doğumun qeydə alınması qaydasının pozulmasına görə cərimə səlahiyyəti TƏBİB-ə verilir.

APA-nın məlumatına görə, bu, Milli Məclisdə müzakirəyə çıxarılacaq İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. 

Dəyişikliyə əsasən, tibb müəssisəsi tərəfindən doğum haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) TƏBİB-ə dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə vəzifəli şəxslər yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə ediləcək.

Eyni zamanda, doğum haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) - TƏBİB tərəfindən müvafiq informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə vəzifəli şəxslər yüz əlli manatdan üç yüz manatadək  məbləğdə cərimə ediləcək. 

Əvvəllər bu məsələlərə Səhiyyə Nazirliyi baxırdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3171
avatar

Oxşar yazılar