Yayın ortasında qar sürprizi
01 iyul 2024 21:46 (UTC +04:00)

Yayın ortasında qar sürprizi

Rizənin İkizdərə rayonunda 2640 metr yüksəklikdə yerləşən Ovit yaylası yay aylarında gözlənilməz təbiət hadisəsinə şahidlik edib. 

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, bu gün günorta saatlarında başlayan yağışdan sonra yaylağa qar yağıb. Bu qeyri-adi vəziyyət nəticəsində yaylağın bir hissəsi ağararaq ətrafdakı vətəndaşları təəccübləndirib.

İyul ayında yağan bu qeyri-adi qar yaylada vətəndaşların böyük təəccübünə səbəb olub. Qar yağışının təsiri ilə yaylağın təbii gözəllikləri qış mənzərəsinə çevrilib. Vətəndaşlar bu anları mobil telefonları ilə lentə alaraq sosial şəbəkədə paylaşıblar.

Ovit Yaylası adətən yay aylarında təbiət gəzintiləri üçün ziyarətçilərin üstünlük verdiyi məkan olsa da, bu gün yağan qar təbiətsevərləri və fotoqrafları təəccübləndirib. Rizənin bu hündür yaylasında yaşanan təbii hadisə iqlim dəyişikliklərinin bölgədəki təsirlərini bir daha ortaya qoyub.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 38757
avatar

Oxşar yazılar