Yayın  ən isti   keçəcəyi ölkələr – SİYAHI
04 iyun 2023 18:34 (UTC +04:00)

Yayın ən isti keçəcəyi ölkələr – SİYAHI

Bəşəriyyət hava şəraitinin dəyişməsinə hazırlaşmalıdır-soyutma mərkəzləri yaradılmalı və açıq havada işləyən işçilər üçün iş saatları azaldılmalıdır.

Lent.az xarici mətbuata istinadla xəbər verir ki, alimlər qlobal istiləşmənin dağıdıcı ola biləcəyi və bir sıra şəhərlərin mövcudluğunu təhdid edə biləcəyi ölkələrin adlarını açıqlayıblar.

İqlim dəyişikliyi fonunda isti dalğalarının daha tez-tez baş verdiyi qeyd edilir. Onlar bu yay minlərlə insanın ölümünə səbəb ola bilər. Buna görə də, bəşəriyyət dəyişən şərtlərə - soyutma mərkəzləri yaratmaq və açıq havada işləyən işçilər üçün iş saatlarını azaltmağa hazırlaşmalıdır.

Alimlər Əfqanıstan, Papua-Yeni Qvineya və Mərkəzi Amerika ölkələrinin risk altında olduğu barədə xəbərdarlıq ediblər. Əhalinin çoxluğuna görə Çinin paytaxtı Pekin və Mərkəzi Avropa ölkələri də təhlükə altındadır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4461
avatar

Oxşar yazılar