Yaxınlaşan  maqnit qasırğaları   barədə XƏBƏRDARLIQ
03 iyul 2023 12:25 (UTC +04:00)

Yaxınlaşan maqnit qasırğaları barədə XƏBƏRDARLIQ

Yaxın zamanda Yer kürəsini iki maqnit qasırğası vuracaq. 

Lent.az xarici mediaya istinadla bildirir ki, Rusiya Elmlər Akademiyasının Fizika İnstitutunun Günəş Günəş Astronomiyası Laboratoriyasının məlumatına görə, iyulun 12-də bir G1, 13-də isə digər G2 səviyyəli qasırğa gözlənilir.

Ekspertlər izah edirlər ki, maqnit qasırğalarının təsnifatında beş səviyyə var - G1-dən G5-ə qədər.

Zəif qasırğa elektrik şəbəkələrində kiçik fasilələrə səbəb ola bilər, həmçinin quşların və heyvanların miqrasiya yollarına təsir göstərə bilər. Şiddətli qasırğalar qısa dalğalı rabitə və naviqasiya sistemlərinin pozulmasına, eləcə də sənaye şəbəkələrində elektrik enerjisinin kəsilməsinə səbəb olur.

Alimlərin sözlərinə görə, son bir neçə ildə G4 səviyyəsinə çatan ən güclü maqnit qasırğalarından biri aprelin 23-də Yer kürəsini vurub və demək olar ki, bir gün davam edib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1998
avatar

Oxşar yazılar