Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu olan “YAŞAT” Fonduna toplanan vəsait 28 milyon manatı ötüb.
Lent.az-ın xəbərinə görə, Fonda toplanan vəsait 28 047 364.62 manatdır. Həmin vəsaitdən 16 434 136.55 manatı fiziki şəxslər, 11 613 228.07 manatı isə hüquqi şəxslər tərəfindən ödənilib.
Fonda daxil olan vəsaitin 2 403 868.12 manatı xərclənib. Vəsaitin qalığı isə 25 643 496.5 manatdır.
Qeyd edək ki, “YAŞAT Fondu” Prezident İlham Əliyevin dekabrın 8-də imzaladığı fərman əsasında yaradılıb.