"Mart ayına qədər hələ ki, YAŞAT Fondu Vətən müharibəsində olan 2800-dən çox şəhid ailəsi və 11 minə yaxın yaralının problemləri ilə məşğul olacaq".
APA-nın məlumatına görə, bunu mətbuat konfransında Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.
Onun sözlərinə görə, mart ayından sonra isə Fond tərəfindən 2020-ci ilə qədər şəhid olanların ailələri və Qarabağ qazilərinə də yardım nəzərdə tutulub.