Yaşar Əməşova  yüksək vəzifə verildi - General-mayor oldu
09 aprel 2026 15:08 (UTC +04:00)

Yaşar Əməşova yüksək vəzifə verildi - General-mayor oldu

0

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Yaşar Allahqulu oğlu Əməşov Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisinin birinci müavini vəzifəsinə təyin edilib.

Lent.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin digər Sərəncamı ilə Y. Əməşova general-mayor ali hərbi rütbəsi verilib.

***
13:27

Yaşar Əməşov Milli Məclis Aparatı rəhbərinin müavini vəzifəsindən azad olunub.

Lent.az APA-ya istinadla xəbər verir ki, Yaşar Əməşov Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini təyin edilib.

Qeyd edək ki, Yaşar Əməşov 1976-cı il noyabrın 3-də Cəlilabad rayonunda anadan olub. 1993–1997-ci illərdə Bakı Dövlət Universitetinin Riyaziyyat fakültəsində, 2004–2008-ci illərdə Beynəlxalq hüquq fakültəsində təhsil alıb. 1997-1998-ci illərdə Cəlilabadda orta məktəbdə müəllim işləyib. 1998–2000-ci illərdə Silahlı Qüvvələrin sıralarında zabit kimi həqiqi hərbi xidmət keçib. 2000–2004-cü illərdə Azərbaycan Respublikası Milli Məclisi Aparatının məsləhətçisi, 2004–2006-cı illərdə böyük məsləhətçisi, 2006–2007-ci illərdə baş məsləhətçisi, 2007–2008-ci illərdə sektor müdiri, 2008–2018-ci illərdə şöbə müdirinin müavini vəzifələrində işləyib. 2018–2019-cu illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin, daha sonra İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin baş məsləhətçisi olub. 2019–2020-ci illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin Milli Məclislə əlaqələr sektorunun müdiri vəzifəsində çalışıb. İnformasiya təhlükəsizliyi sahəsində elmi-pedaqoji fəaliyyətlə məşğul olur və bu sahədə bir çox elmi məqalənin müəllifidir.

Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2022-ci il tarixli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə medalı ilə təltif edilib.

Evlidir, üç övladı var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 926

Oxşar yazılar