Yanğında həlak olan Könül Vəlibəylinin qızı komadan ayıldı
03 dekabr 2025 13:26 (UTC +04:00)

Yanğında həlak olan Könül Vəlibəylinin qızı komadan ayıldı

0

Noyabrın 21-də Yasamal rayonu, M.Seyidov küçəsində yerləşən yaşayış binasında baş vermiş yanğında xəsarət almış 25 yaşlı Ləman Qulamovanın vəziyyəti açıqlanıb.

Bu barədə Lent.az-a Yeni Klinikadan məlumat verilib.

Bildirilib ki, onun Yeni Klinikanın Reanimasiya şöbəsində müalicəsi davam etdirilir. Hazırda pasiyentin vəziyyəti ağır stabildir.

"Xəstə koma vəziyyətindən çıxıb, süni tənəffüs aparatından ayrılıb, huşu açıqdır və adekvatdır. Bununla belə, yüksək axımlı oksigen müalicəsi ilə tənəffüs dəstəyi davam etdirilir", - məlumatda qeyd olunub.

Tənəffüs patterni (xəstənin nəfəs alıb-vermə tərzinin xarakteri) hələlik tam normallaşmadığından, intensiv müayinə və müalicə tədbirləri planlı şəkildə davam etdirilir.

Qeyd edək ki, Ləman Qulamova noyabrın 21-də Yasamal rayonunda yaşayış binasında baş verən yanğın zamanı tüstüdən zəhərlənərək, xəstəxanaya yerləşdirilib. Onun anası, Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəyli isə yanğında həlak olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 242

Oxşar yazılar