Xəzərdə dalğanın hündürlüyü 5-7 metr proqnozlaşdırılır - RƏSMİ
17 fevral 2021 22:28 (UTC +04:00)

Xəzərdə dalğanın hündürlüyü 5-7 metr proqnozlaşdırılır - RƏSMİ

Dövlət Dəniz Agentliyinin Gəmilərin Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinə təhlükəli hidrometereoloji hadisə haqqında xəbərdarlıq daxil olub. 

Dövlət Dəniz Agentliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Xəzər dəniz akvatoriyasında fevralın 17-i axşamdan Bakıda və Abşeron yarımadasında şimal-qərb şimal küləyinin 28-30 m/s-dək güclənməsi və temperaturun 0 dərəcəyə enməsi gözlənilir. 

Dalğanın hündürlüyünün isə 5-7 metrə qədər artması proqnozlaşdırılır.

Qeyd edək ki, hava proqnozu Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə daxil olan andan etibarən gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişləri müvafiq tədbirlərin həyata keçirilməsi və xidmətin gücləndirilməsi ilə bağlı təlimatlandırılıb. 

Gəmilərin Hərəkətinin İdarəetmə Xidmətinin ərazisində lövbərdə duran və hərəkətdə olan gəmilərə məlumatlar ötürülüb, müvafiq təlimatlar verilib. Hava şəraitinə uyğun olaraq gəmilərin təhlükəsiz şəkildə lövbər sığınacaqlarında dayanması təmin edilib.

Vurğulamaq istərdik ki, Milli Mərkəz təcrübəli kapitanlar vasitəsilə idarə olunur. Gəmilər müvafiq lövbər sığınacaqlarına yerləşdirildikdən sonra onların təhlükəsiz lövbərdə durma prosesi  radarlar vasitəsilə fasiləsiz müşahidə olunur. Hava şəraitinə uyğun olaraq Milli Mərkəz tərəfindən gəmilərin hərəkətinə və limanlara giriş-çıxışına icazə verilməsi, hərəkətin məhdudlaşdırılması, limanların bağlanması barədə tədbirlər görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1632
avatar

Oxşar yazılar