Yanvarın 20-də Xəzər dənizində maqnitudası 3 olan zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Lent.az-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 07:01-də Cəlilabad stansiyasından 31 kilometr cənub-şərqdə, Masallı rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb.
Zəlzələnin ocağı 48 kilometr dərinlikdə yerləşib.