Ziya Məmmədov araşdırma aparacaq
22 iyul 2014 12:06 (UTC +04:00)

Ziya Məmmədov araşdırma aparacaq

Nəqliyyat naziri Ziya Məmmədov iyulun 25-də Ucar şəhərində Göyçay, Ağdaş, Zərdab və Ucar rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. Nəqliyyat Nazirliyindən “Lent.az-a  verilən məlumata görə, vətəndaşların qəbulu onların müraciətlərinə baxılması, mövcud nəqliyyat problemlərinin araşdırılması və həll edilməsi məqsədilə keçirilir.

 

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı iyulun 23-də saat 09:00-dan 18:00-dək müvafiq olaraq aşağıdakı ünvanlarda aparılacaq:

 

Ucar “31 saylı Yol İstismarı İdarəsi” (Ucar şəhəri, 29-cu məhəllə);

 

Göyçay “13 saylı Yol İstismarı İdarəsi” (Göyçay şəhəri, X.B.Natəvan küçəsi-10 (Göyçay körpüsünün yanı));

 

Ağdaş “14 saylı Yol İstismarı İdarəsi” (Ağdaş rayonu, Yuxarı Qəsil kəndi);

 

Zərdab “32 saylı Yol İstismarı İdarəsi” (Zərdab rayonu, Əlvənd magistral yolunun 3-cü km).

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1371

Oxşar yazılar