Zəlzələnin qabaqcadan müəyyənləşdirilməsi üçün daha bir üsul
18 yanvar 2013 20:13 (UTC +04:00)

Zəlzələnin qabaqcadan müəyyənləşdirilməsi üçün daha bir üsul

Azərbaycanda zəlzələləri qabaqcadan müəyyənləşdirən daha bir metod müəyyənləşib.

 

 

Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) bildirilib.

 

RSMX tərəfindən seysmogeokimyəvi və seysmik sahələrin çoxillik monitorinqi nəticəsində ilk dəfə olaraq Şamaxı-İsmayıllı seysmogen zonasında geokimyəvi parametrlərin kombinasiyaları əsasında mikrobloklar müəyyən olunub və zəlzələ qabağı zaman təyin edilib.

 

Bu tədqiqatların məqsədi Azərbaycanın seysmoaktiv zonalardakı zəlzələ ocaqlarında flüidlərin (yeraltı sular, Xəzər dənizin suyu, həllolunmuş qazlar, radioaktiv elementlərin şüalanması) seysmogeokimyəvi sahələrə təsirinin

öyrənilməsidir. Stasionar işlər respublikanın Abşeron, Şamaxı, Şəki, Siyəzən, Lənkəran rayonlarında yerləşən 5 seysmogeokimyəvi stansiyada aparılıb.

 

Ötən il mayın 7-də baş verən Zaqatala zəlzələsi və onun afterşokları əsas seysmik hadisə olub. "Azərbaycan flüidlərinin seysmogeokimyəvi monitorinqinin və Xəzər dəniz suyunun Məlumat bazası"nın təhlili göstərib ki, seysmogeokimyəvi sahənin anomal dəyişiklikləri Zaqatala zəlzələsinin əsas təkanından 1-14 gün öncə zəlzələ episentrindən 75-400 km məsafədə demək olar ki, bütün müşahidə obyektlərində qeydə alınıb. Zaqatala zəlzələsinin hazırlıq dövründə zəlzələ ocağına daha yaxın olan obyektlərdə seysmogeokimyəvi anomaliyalar daha tez qeydə alınıb. Zəif afterşokların hazırlıq mərhələsində bu anomaliyalar sıxlıq amplitudalarına görə fərqlənir.

 

İlk dəfə olaraq 1998-2012-ci il müddəti üçün flüidlərin monitorinqi əsasında aşkar olunub ki, Şamaxı və İsmayıllı seysmogen zonalarında flüidlərin seysmogeokimyəvi anomaliyaları zəlzələlərin son hazırlıq mərhələsində, əsas təkanın baş verəcəyinə 7-12 gün qalmış müşahidə olunur. Monitorinqin bütün müşahidə obyektləri üçün sulfat-ion (SO4) Şamaxı və İsmayıllı seysmogen zonalarında baş verən zəlzələlərin indikator-xəbərvericisidir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 969
avatar

Oxşar yazılar