Zaqatalada sel:ciddi ziyan var
09 iyun 2013 15:25 (UTC +04:00)

Zaqatalada sel:ciddi ziyan var

Zaqatalada yağan leysan yağışlar bir sıra fəsadlar törədib.

 

APA-nın yerli bürosunun məlumatına əsasən, iyunun 8-i axşam saatlarından başlayaraq Zaqatalada hava kəskin pisləşib.

 

Göy guruldayıb, şimşək çaxıb, güclü külək əsib, fasilələrlə leysan xarakterli güclü yağış yağıb.

 

İyunun 8-dən 9-a keçən gecə Böyük Qafqaz dağlarının cənub ətəyinin, Zaqatala rayon ərazisindən keçən hissəsinə yağan güclü yağışlar nəticəsində dağ yamaclarından Mazıx kəndinə sel gəlib.

 

Sel suları 10 yaxın evin birinci mərtəbəsini basıb, kəndin bəzi yerlərində rabitə və elektrik dirəkləri aşıb, naqillər qırılıb və kəndin içməli su xətti sıradan çıxıb.

 

Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə və rayon Fövqəladə Hallar Komissiyasının sədri Elman Ramazanov kəndə gedərək mövcud vəziyyətlə yerində tanış olublar.

 

Fəsadların aradan qaldırılması üçün iyunun 9-da səhər saatlarında əraziyə müvafiq idarə və təşkilatların təmsilçiləri cəlb edilib.

 

Zaqatala rayon FHK-nın sədri Elman Ramazanov APA-ya bildirib ki, yağış sularının Mazıx kəndinə vurduğu ziyanı müvafiq qurumlar işini yekunlaşdırdıqdan sonra müəyyənləşdirmək mümkün olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1165
avatar

Oxşar yazılar

Leysan, dolu, sel   XƏBƏRDARLIĞI

Leysan, dolu, sel XƏBƏRDARLIĞI

27 iyun 2024 , 17:32
Baş Prokurorluq işəgötürənlərə  müraciət etdi

Baş Prokurorluq işəgötürənlərə müraciət etdi

27 iyun 2024 , 17:20
Natiq Qasımovun anasına Prezident təqaüdü  təyin edildi

Natiq Qasımovun anasına Prezident təqaüdü təyin edildi

27 iyun 2024 , 16:49
Nazirin imtahandan kəsilən müəllimləri - REPLİKA

Nazirin imtahandan kəsilən müəllimləri - REPLİKA

27 iyun 2024 , 16:47
Meteohəssas insanlar üçün PROQNOZ

Meteohəssas insanlar üçün PROQNOZ

27 iyun 2024 , 16:21
Astarada müəllimlərlə bağlı BİABIRÇI NƏTİCƏ

Astarada müəllimlərlə bağlı BİABIRÇI NƏTİCƏ

27 iyun 2024 , 15:16
Azərbaycanda külək ağacları kökündən qopartdı - FƏSADLAR

Azərbaycanda külək ağacları kökündən qopartdı - FƏSADLAR

27 iyun 2024 , 13:45
Azərbaycanda küləklə bağlı SARI XƏBƏRDARLIQ

Azərbaycanda küləklə bağlı SARI XƏBƏRDARLIQ

27 iyun 2024 , 13:19