Zakir Qaralov Cəlilabadda vətəndaşları qəbul edəcək
02 may 2014 14:17 (UTC +04:00)

Zakir Qaralov Cəlilabadda vətəndaşları qəbul edəcək

0

Baş prokuror Zakir Qaralov Cəlilabad rayon prokurorluğunun inzibati binasında Cəlilabad, Biləsuvar, Cəbrayıl, İmişli və Neftçala rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə qəbul mayın 16-ı saat 11.00-da keçiriləcək.

 

Qəbula yazılmaq istəyən vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 608

Oxşar yazılar