Mayın 2-də müdafiə naziri, general-polkovnik Zakir Həsənov İsrailin xarici işlər naziri Aviqdor Libermanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Lent.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlər, regiondakı hərbi-siyasi vəziyyət, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının davam etməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə İsrail səfiri Rafael Harpaz da iştirak edib.