Zakir Həsənov Baş Klinik Hospitalda olub
25 iyun 2014 15:11 (UTC +04:00)

Zakir Həsənov Baş Klinik Hospitalda olub

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu gün Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub. Müdafiə Nazirliyindən Lent.az-a verilən xəbərə görə, 26 İyun - Silahlı Qüvvələr Günü münasibəti ilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olan Z.Həsənovun başçılığı ilə nazirliyin rəhbər heyəti ümummilli lider Heydər Əliyevin hospitalın ərazisindəki abidəsi önünə gül dəstəsi qoyublar.


Sonra müdafiə naziri hospitalda müalicə alan əsgər və zabitlərin səhhətləri ilə maraqlanıb, onları Silahlı Qüvvələr Günü münasibəti ilə təbrik edərək hədiyyələr təqdim edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1236

Oxşar yazılar