“Mən Azərbaycana qarşı heç bir hərbi təhdid görmürəm”.
APA-nın məlumatına görə, bunu Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.
Nazir qeyd edib ki, Azərbaycan stabil, inkişaf edən dövlətdir və bütün sahələrdə olduğu kimi ordu da inkişaf edir: “Azərbaycan ordusu yeni-yeni silahlarla təchiz edilir və bu davam etdiriləcək. Azərbaycan prezidentinin qayğısı nəticəsində ordumuz sürətlə güclənir və Ali Baş Komandanın etimadını doğrultmaq üçün şəxsi heyət gecə-gündüz çalışır. Bundan sonra da qarşıda duran vəzifələri yerinə yetirməyə hazırıq”.