Zakir Həsənov 1979-cu ilin məzunları ilə görüşüb
14 iyun 2014 10:57 (UTC +04:00)

Zakir Həsənov 1979-cu ilin məzunları ilə görüşüb

Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbini bitirmiş məzunlar buraxılışın 35-ci ildönümünü qeyd ediblər. Bu barədə Lent.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

 

1979-cu ildə Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbini bitirmiş, MDB ölkələrindən olan 40-dan çox məzun həmin buraxılışın 35 illiyini qeyd etmək üçün ölkəmizə gəliblər. 
 

 

Qonaqlar öncə Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər.

 

Respublikamıza qonaq gəlmiş məzunlar, o cümlədən həmin buraxılışın məzunları olmuş müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov və Azərbaycanın Milli Qəhrəmanı, Müdafiə Nazirliyi Baş İnspeksiyanın rəisi, polkovnik Fəxrəddin Cəbrayılov təhsil aldıqları hərbi məktəblə, indiki Təlim və Tədris Mərkəzi ilə yaxından tanış olaraq idman kompleksi, yeməkxana, mehmanxana, tədris korpuslarına baş çəkib, trenajorların fəaliyyətini izləyiblər. Qonaqlar iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun məktəbin həyətindəki abidəsi önünə əklil qoyub və xatirə şəkli çəkdiriblər.
 

Tədbirin ən maraqlı məqamlarından biri də Təlim və Tədris Mərkəzində Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun məzunlarla görüşü olub.


Mərasimdə çıxış edən Zakir Həsənov məzunları salamlayaraq, onlara xoş arzularını bildirib. Müdafiə naziri həmçinin özünün də hərbi təhsil illəri ilə bağlı xatirələrini yada salaraq, məktəb məzunlarının bu cür görüşlərinin davamlı olmasını arzulayıb.
Həmin gün qonaqlar vaxtilə özlərinin də təlim keçdiyi "Üçtəpə" Təlim Mərkəzinə gedərək, son illərdə burada aparılan quruculuq işləri ilə tanış olublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1408

Oxşar yazılar